-
İstifadəçi adı:
ramila_ibishova -
Ad Soyad:
Ramila İbishova -
Məqalə sayı:
2
Dərc olunma tarixi
15.02.2026 Fərdi İnkişafBaxış sayı
31
Oxunma müddəti
3 dəq
Hər gün sosial şəbəkədə saatlarca vaxt keçiririk.Heç diqqət etmisinizmi, qarşımıza çıxan yüzlərcə uğur hekayəsinin yanından sürətlə keçdiyimiz halda, bir qəza və ya fəlakət xəbəri görəndə dərhal dayanırıq? Bu,əslində, bizim "pis xasiyyətimiz" deyil, beynimizin işləmə mexanizmidir.Özümüzdən asılı olmadan neqativ xəbərlərə daha çox meyl edirik.
Əgər təkamülə nəzə salsaq görərik ki,o zamanlarda əcdadlarımız meşədə gəzərkən gözəl bir çiçəyə baxmaqdansa, koldan gələn xışıltıya yəni potensial təhlükəyə diqqət yetirirdilər. Çünki çiçəyi görməmək sənə bir təhlükə yaratmaz, amma yırtıcını görməmək sonun ola bilərdi. Beynimiz də bu köhnə "proqramla" işləməyə davam edir.Bəs bu qədim 'sağ qalma instinkti' beynimizin hansı nöqtəsində gizlənir? Cavab isə, emosiyalarımızın idarəetmə mərkəzi olan Amigdaladadır.
Beynimizdəki amigdala adlı kiçik hissə neqativ məlumatları pozitivlərdən daha sürətli emal edir. Bu, psixologiyada "Negativity Bias" (Neqativə meyllilik) adlanır. Biz bununla təhlükəni müəyyən etmək üçün proqramlaşdırılmışıq.
Peşəkar media qurumları isə bu bioloji zəifliyimizi çox yaxşı bilirlər. "Yaxşı xəbər xəbər deyil" prinsipi də elə məhz buradan doğur. Reytinqlər və klik sayları qorxu və narahatlıq yaradan,təhlükə hiss etdirən başlıqlar üzərindən qazanılır.
Daim neqativ xəbərlərə fokuslanmaq beynimiz üçün bitməyən bir "həyəcan təbili" kimidir. Bu vəziyyət öz növbəsində xroniki stress, yuxu pozğunluqları və dünyanı olduğundan daha təhlükəli görməyimizə səbəb olan "Qəddar Dünya Sindromu"na (Mean World Syndrome) yol açır. İnsanlar fərqində olmasalar belə beynini daim qorxu və təlaş içində yaşamağa alışdırır. Nəticədə isə real həyatda mövcud olan gözəllikləri və uğurları görmə qabiliyyətimiz zəifləyir, həyatın müsbət tərəflərini qiymətləndirmə bacarığımız azalır.
Bəs bu "məlumat zəhərlənməsindən" necə qorunmalıyıq?
Beynimizin bu qədim proqramını tamamilə silmək mümkün olmasa da, onu “tərbiyə etmək” əlbəttə ki, bizim əlimizdədir. Bunun üçün bəzi sadə, amma təsirli üsulları tətbiq etmək olar:
-İnformasiya qəbulunu azaldın: Gün ərzində xəbərləri izləmək üçün özünüzə konkret vaxt təyin edin — məsələn, cəmi 15 dəqiqə. Xüsusilə yatmazdan əvvəl neqativ başlıqlardan uzaq durmaq beyninizi sakitləşdirməyə və rahat yuxu almağınıza kömək edəcək.
-Faktlara fokuslanın: Duyğusal və narahatlıq dolu başlıqlar gördüyünüz zaman özünüzə sual verin: “Bu xəbər həqiqətən mənə faydalı məlumat verirmi, yoxsa bu, sadəcə emosional olaraq mənə təsir göstərməyə çalışır?”
-Balans yaradın: Hər bir neqativ xəbərin qarşılığında ən azı üç müsbət və ya öyrədici məlumat oxumağa çalışın ki, bu vərdiş sayəsində beyniniz dünyanı daha real və balanslı qəbul edə bilsin.
Neqativə meyllilik bizim təkamül mirasımızdır, lakin unutmayın ki, biz artıq vəhşi meşədə yaşamırıq. Bu gün ən böyük təhlükə koldan gələn xışıltı yox, məhz telefonumuzun ekranından süzülən neqativ məlumat selidir.Bu selin içində boğulmamaq üçün isə beynimizin işləmə mexanizmini anlamalıyıq. Unutmayın, diqqətinizi haraya yönəltsəniz, həyatınız da elə o yöndə formalaşacaq.
İbrahimli Sabina
16.02.2026Tamamile düzdür heç bu terefden fikir vermemişdim olaya 🫠
Nilufar Safarli
16.02.2026Maraqli yazidir, davamli olsun!
Aysel Guliyeva
16.02.2026Çox gözəl, əməyiniz üçün təşəkkürlər...
Sara İbish
16.02.2026Həqiqətən də elədir🌸Çox gözəl informasiya oldu👏
Aytən Xəlilzadə
16.02.2026Maraqlı,fərqli bir məqalə olub🤌🏻💗
Lale Eliyeva
16.02.2026Necə maraqlı!
Vüsala
16.02.2026Çox maraqlıı🫠🙉
Ruxsarə
16.02.2026Çox maraqlı və faydalı məqalədir 🤌🏻 davamlı olsun belə məqalələr 🫠❤️
Sabina ibishli
16.02.2026Çox maraqlı və gözəl yazıdır,əllərinizə sağlıq😍
Fedaye Esedzade
16.02.2026Davamını səbirsizliklə gözləyirəm,uğurların bol olsun!🫶🏻
Roya Feyziyeva
17.02.2026#faydalıı😍
İstifadəçi adı:
ramila_ibishovaAd Soyad:
Ramila İbishovaMəqalə sayı:
2
07.03.2021
Fərdi İnkişaf
Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.
07.03.2021
Fərdi İnkişaf