-
İstifadəçi adı:
nadir_yusifov -
Ad Soyad:
Nadir Yusifov -
Məqalə sayı:
1
Dərc olunma tarixi
17.02.2026 TexnologiyaBaxış sayı
11
Oxunma müddəti
5 dəq
Bu gün yaşadığımız müasir dünyada Süni İntellekt (Sİ) populyar mövzudu. Çünki bu gün Sİ-yi demək olar ki, insanlar bu mövzunu sosial şəbəkələrdə, insanlar arasında və.s yerlərdə eşidirlər. Sİ gündəlik həyatımızda işlərimizi əhəmiyyətli dərəcədə rahatlaşdırır. Bəziləri kod, gündəlik mövzular üzrə Sİ məsləhətlər alırlar və istifadə edirlər. Məsələn, normalda bir mövzu haqqında araşdırma edəndə müxtəlif sayta girib oxumalı idinsə indi isə Sİ ilə araşdırdığın mövzunun linkini göndərməklə həmin mətinin qısa xülasəsini əldə edə bilərik. Bəs yaxşı bizim işlərimizi bu dərəcədə sürətli həll edirsə onda bu bizim işimizi əlimizdən almıyacaqmı? İşsizmi qalacayıq? kimi kimi suallar ola bilər.
İlk öncə Sİ nədir, nə vaxt ortaya çıxıb və necə populyarlaşdı nəzər yetirək. Süni intellekt anlayışı (ingiliscə Artificial İntelligence — AI deyədə bilərik.[1] Süni İntellekt (Sİ) dedikdə insan intellektini təqlid edən, proqramlaşdırma və maşın təminatından ibarət alqoritmdir.[1] Sİ anlayışı ilk dəfə olaraq 1956-ci ildə Con Makkarti tərəfindən ortaya qoyulmuşdur.[1] Müasir dövrümüzdə olan Sİ anlayışı isə yenə 1956-cı ildə Dartmut kollecində keçirilən konferansda ortaya çıxmışdır.[1]
Sİ populyarlaşması 2012-ci ildə Toronto universitetində bir qrup tətqiqatçı tərəfindən dərin öyrənmə və süni neyron texnikalarını istifadə edərək komputer görmə sahəsində ImageNet obyekt təsvir yarışında səhv ehtimalı 25% düşüb.[3] Bundan sonra süni intellekt sahəsində yarışma başladı. Generativ süni intellekt sahəsində partlayış 2016-2017 illərində OpenAI qurulması ilə başladı.[2] [3] Bundan sonra Sİ rahat istifadəsi üçün çat interfeysi hazırladılar. Bu çat interfeysi (məsələn, ChatGPT, Gemini, Claude və.s) süni intellektin insanların verdiyi suallara cavab yazır. Sİ populayarlaşması ilə digər sahələrdə də Sİ istifadə olunmağa başladı: robotexnika, biznes və.s kimi sahələrdə istifadəsinə başladı.
Sİ-nin inkişafı sanki yarış formasına çatıb deyə düşünürəm. Bu yarış olmasıda yeni modellərin ortaya çıxmasına və rəqabətin artmasına səbəb olur. Bu yeni modellərin çıxması və yaxud Sİ təkmilləşdirilməsi ilə təhlükə altında olan sahələr varmı? Bəli var. Məsələn: Bir işi tək görmək adama çətin gəlirsə və ya çatdıra bilmirsə əlavə işçi qüvvəsi lazım idisə amma indilərdə Sİ-nin inkişafı ilə Sİ Agentləri orta çıxdı. Bunlar sənin işə aldığın adamın əvəzinə bu işləri görür e-maillərə baxır, WhatsApp və Telegram kimi platformalarda ünsiyyət qurmaq bacarığı və.s bunları edir. Yəni bir insanın iş rejimi 6-9 saat aralığındadırsa Sİ Agentləri bunu 7/24 saat (texniki imkana görə dəyişə bilər) edir. Başqa sahələri nümunə olaraq demək olar.
Bu sualın cavabı insandan insana dəyişə bilər. Kiminə görə əvəzləyəcək ya da ki, köməkçi olaraq cavablaya bilərlər. Qeyd etdiymiz kimi Sİ bəzi sahələri təhlükə altına alıb. Onda bəzilərinə görə "Sİ bizi əvəzləyəcək və işsiz qalacayıq" yaxında olsa buna bənzər cavablar verə bilərlər. Bu bəzilərinə görə Sİ-i düşmən kimi baxırlar. Burda əsas məsələ bu texnologiyalar bizləri əvəzləməsi deyil ondan necə istifadə edəciyimiz və adaptasiya ola biləcəyimizdir. Əslində buna biz köməkçi, yardımcı formasında baxmaq lazımdır. Niyə? Çünki Sİ əslində bizim düşmənimiz deyil. Biz onu düzgün formada istifadə etməliyik. Artıq əvvəllər bir sahəni öyrənmək kifayət edirdisə, indisə belə deyil daha çox maraqlı biri olasan, yeni şeylər öyrənməyə açıq biri olasan ki Sİ-nin düzgün isitfadəsi səni geri aparmaz daha da inkişaf etdirə bilər. Həyatımızda Sİ çıxarmaq doğru deyil, onunla bərabər irəliyə doğru addımlamalısan.[4]
Yuxardakı başlıqda da qeyd etdiyimiz kimi Sİ intellekt inkişafı bəzi işlər itirsədə yeni peşələr doğulur. Bu peşələr misal olaraq Prompt mühəndisliyi və.s kimi peşələri göstərmək olar. Bəzi peşələr doğulub itirildiyi kimi Sİ-də bəzi peşələri inkişaf etdirir deyə düşünürəm.
Dediyimiz kimi Sİ-dən qorxmaq, bu döyüşdə geri çəkilmək düzgün deyil deyə düşünürəm. Bu sahə üzrə yeni sahələr öyrənmək mümkündür. Bu sahə üzrə adaptasiya olmaq lazımdır. Sİ ilə sahənizi möhkəmləndirə və bildiklərinizi inkişaf etdirə bilərsiniz. Məsələn: artıq bəzi developerlər özləri kod yazmaq əvəzinə Sİ kod yazdırıb kodun proqrama təsirini, təhlükəsizlyini və öz koduna inteqrasiyası və.s (sizin iş planıza uyğun dəyişə bilər) kimi işlər görürlər. Yəni bir peşə sahibi Sİ fundamental olaraq işləməsini bilməlidir, başa düşməlidir. Sİ-yə necə propmt yazmağı bilməldir ki, düzgün nəticə və verimli cavab ala bilsin.
Qısaca olaraq Sİ inkişaf etdikcə buna adaptasiya olmaq və davamlı öyrənmə (Lifelong Learning) metodundan istifadə edə bilərsiniz.
Bu texnologiyadan qaçmaq əvəzinə texnologiya ilə birlikdə işləmək sizin üçün bir müsbət ola bilər gərək iş həyatı gərək də şəxsi həyatınızda və.s. Sİ inkişaf etsədə bunun bir alət olduğunu unutmamalıyıq və bunu idarə edəndə hazırlayanda hələ də insanın özüdür.
1. Vikipediya (AZ): Vikipediya müəllifləri. (t.y.). Süni intellekt. Vikipediya. https://az.wikipedia.org/wiki/Süni_intellekt ünvanından əldə edilib.
2. Vikipediya (AZ): Vikipediya müllifləri. (t.y). Süni intellekt bumu. Vikipediya. https://az.wikipedia.org/wiki/Süni_intellekt_bumu ünvanından əldə edilib.
3. Vikipediya (TR): Vikipediya yazarları. (t.y.). Yapay zekâ patlaması. Vikipediya. https://tr.wikipedia.org/wiki/Yapay_zekâ_patlaması adresinden alındı.
4. Medium məqaləsi: Korkmaz, A. (2023). Yapay Zekâ Bizlerin Yardımcısı mı? Yoksa Düşmanımız mı? Medium. https://medium.com/huawei-developers-tr/... ünvanından əldə edilib.
İstifadəçi adı:
nadir_yusifovAd Soyad:
Nadir YusifovMəqalə sayı:
1
04.05.2023
Texnologiya
28.10.2021
Texnologiya
19.11.2021
Texnologiya
Bildiyiniz kimi, bu yaxınlarda Facebook-un qurucusu və baş direktoru Mark Zukerberq ,Facebook adının şirkətin gələcəyini adekvat şəkildə təsvir etmədiyini və ad dəyişikliyini təsdiqlədi və “Metaverse”haqqında bəzi məlumatlar verdi.İnsanlarda “Metaverse” nədir? ,Hansı xüsusiyyətlələrə malikdir? və s kimi suallar yarandı.Gəlin bu suallara cavab tapmağa çalışaq.